2017-ci ilin yanvar-iyul aylarında ölkədə 37645,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-iyul aylarına ÜDM istehsalı ilə bağlı hesabatında deyilir.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın neft bölməsində istehsal olunmuş əlavə dəyər 6,9% azalıb, qeyri-neft bölməsində isə 2,2% artıb.
Ümumi daxili məhsulun 41,1% sənayedə, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,9% tikintidə, 7,0 % nəqliyyat və anbar təsərrüfatı, 5,4% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7% informasiya və rabitə sahələrində, 15,6% digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,1% təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3875,6 manata bərabər olmuşdur.