9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın xidmətlər balansında 2 milyard dollarlıq kəsir

2020-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6 mlrd.$ təşkil edib. Bunun 4 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Banker.az AMB-yə istinadən xəbər verir ki, xidmətlər balansında yaranan kəsir 11.4% artaraq 2 052.2 mln. dollar olub.

Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar
xidmətlər) kəsiri 1.8 mlrd.$ (38.7% artım) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 0.2 mlrd.$ (2.4 dəfə azalma) olub.

Son xəbərlər
Digər xəbərlər