17 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarətin həcmi 460 mln. dolları keçib

Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və bütün sahələrdə əməkdaşlığıq uğurla inkişaf edir.

Bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb.

Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən Baş nazir ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirib və potensialın daha da artırılması üçün imkanların olduğunu vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər