-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanla Rostov vilayəti arasında ticarətlə bağlı işçi qrup yaradılır

Azərbaycan ilə Rusiyanın Rostov vilayəti arasında iqtisadi ticarət əlaqələrinin inkişafına dair işçi qrup yaradılır.

Bu barədə jurnalistlərə bildirən Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov işçi qrupunun əlaqələndirilməsini Energetika Nazirliyinin həyata keçirəcəyini qeyd edib.

“Bu gün çox maraqlı və məzmunlu tədbir keçirildi, Rostov vilayəti ilə iqtisadi, mədəni, humanitar əməkdaşlığın inkişafına dair konkret məsələlər müzakirə olundu. Qeyd etmək istərdim ki, Rostov vilayətinin qubernatoru ilə Prezident İlham Əliyev arasındakı görüş əslində ikitərəfli əməkdaşlığımızın daha da inkişafı və genişlənməsi üçün yeni istiqamətlər müəyyənləşdirdi. Bu sahələr nəqliyyat və logistika, aqro sənaye kompleksi, enerji, xüsusilə də alternativ enerji mənbələri və təbii ki, Rusiya ilə, o cümlədən Rostov vilayəti ilə əməkdaşlığımızın mühüm tərkib hissəsi olan insan kapitalının və insan potensialının inkişafıdır”, – N.Səfərov vurğulayıb.

Nazir müavini tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı məqsədilə işçi qrupu yaradılacağını diqqətə çatdırıb: “Fikrimcə, bu gün ərzində forumda hakim olmuş pozitiv əməkdaşlıq ab-havası gələcəkdə də görəcəyimiz işlərə sirayət edəcək”.

©Report

Son xəbərlər
Digər xəbərlər