16 C
Baku
Friday, April 19, 2024

Azərbaycanla Serbiya arasında dənizçilərə verilən sənədlər qarşılıqlı tanınacaq

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç imzalayıblar.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, dəniz nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək Anlaşma Memorandumu iki ölkə arasında müvafiq sahə üzrə təhsil və təlimin, dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması, habelə azərbaycanlı dənizçilər üçün yeni iş imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər
Digər xəbərlər