Bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 104 mənzil alıb.
Banker.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 mənzil və yaxud 14.2% artıb.
Bu ilin yanvar-noyabr aylarında isə azərbaycanlılar Türkiyədə 1 124 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 79 mənzil və yaxud 7.5% çoxdur.
Ümumilikdə noyabrda xarici vətəndaşlar Türkiyədə 5 022 mənzil alıb ki, bu da illik müqayisədə 985 mənzil və yaxud 24.4% çoxdur.
Bu rəqəm yanvar-noyabrda isə 36 819 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3 797 mənzil və yaxud 9.4% azdır.
2020-ci ilin noyabr ayında Türkiyədə ən çox mənzil alan xaricilər İraq vətəndaşları, yanvar-noyabr aylarında İran vətəndaşları olub. İraqdan olanlar noyabrda 876, İran vətəndaşları yanvar-noyabrda isə 6 425 mənzil əldə edib.