20 C
Baku
Friday, May 3, 2024

“Azərkosmos”dan Azərbaycana bir ay ərzində $2,3 mln dəyərində valyuta gəlib

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub. 

 “İxrac İcmalı”nda  Azərbaycanın xidmət ixracı ilə bağlı məlumatlar da yer alıb.  Məlumat verilib ki, 2019-cu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və BƏƏ-dir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər