10 C
Baku
Friday, December 13, 2024

“Azərpambıq”ın gəlirləri azalsa da, mənfəətini artıra bilib

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin gəlirləri 2022-ci ildə kəskin azalsa da, bəzi xərclərin optimallaşdırması səbəbindən xalis mənfəətdə işini davam etdirə bilib.

Banker.az bu barədə aqrarşirkətin illik audit hesabatına istinad edir.

Şirkət 2022-ci ili 120.36 mln. manatlıq gəlir əldə etməklə öncəki ildən 27 faiz zəif nəticə edib. Eyni azalma məhsul satışlarının maya dəyərində də baş verib: illik 38% azalma ilə 81.39 mln. satışın maya dəyəri təşkil edib.

Beləliklə 2022-ci ildə bütün gəlir və xərclər fərqindən sonra 26.74 milyon manat xalis mənfəət əldə edib. 2021-ci ildə onun xalis mənfəəti 23.61 mln. manat təşkil edirdi.

Bu xalis mənfəətdən sonra 1 yanvar 2023-cü il tarixinə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin bölüşdürülməmiş mənfəəti 48.9 mln. manat olub.

3uuu

Son xəbərlər
Digər xəbərlər