“Azərsu” Açıq Səhmdar Cəmiyyət yeni inzibati binası üçün təxminən 11 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “Azərsu” ASC “Az-Mep Group” MMC ilə müqavilə bağlayıb.
Müqavilədə “Azərsu” ASC-nin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 10 532 655 manatdır.
Qeyd edək ki, “Az-Mep Group” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi Sinan Dumandır.
Onu da bildirək ki, binanın tikintisi üçün Heydər Əliyev prospektində torpaq sahəsi ayrılıb. “Azərsu” ASC-nin ofis binası bir damla su şəklində qurulur və şirkətin əsas fəaliyyətini və Xəzər dənizinin yaxınlığını əks etdirir. Layihənin dəyəri 120 milyon ABŞ dolları idi. Tikinti büdcəsi dövlət büdcəsindən ayrılmışdır.