“Azərsun Holdinq”in cəmi aktivləri 2018-ci ildə 705,38 mln manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 9,2% artım deməkdir. Ötən il “Azərsun Holdinq”in cəmi öhdəlikləri 9,5% artaraq 426,033 mln manat olub.
Banker.az xəbər verir ki, 2018-ci ildə “Azərsun Holdinq” 21,998 mln manat xalis mənfəətlə başa vurub. Belə ki, 2017-ci ilin müvafiq dövrüylə müqayisədə bu il “Azərsun Holdinq”in mənfəəti 18,84% azalıb.
Ötən il “Azərsun Holdinq”in nizamnamə kapitalı 24% artaraq 90 mln manat olub. Hazırda Holdinqin 189,61 mln manat bölüşdürülməmiş mənfəəti var.