Azərbaycanda kredit ittifaqları (Kİ) 2020-ci il üzrə 0.1 mln. manatlıq zərər edib.
Bu barədə Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata istinad edilir.
Kİ-lərin kreditlərdən faiz gəlirlərinin həcmi 2 mln. manat, faizlər üzrə xərcləri 0.1 mln. manat, qeyri-faiz gəlirləri 0.1 mln. və qeyri-faiz xərcləri isə 1 mln. manat təşkil edib, nəticədə Kİ-lərin əməliyyatı il üzrə 1.2 mln. manat olub.
Lakin, kredit ittifaqları 2020-ci il üzrə 1.3 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib.
Beləliklə Kİ-lərin illik zərəri 0.1 mln. manat təşkil edib.
PANDEMİYA “AĞIR” KEÇİB
Azərbaycanda fəaliyyət göstərən 42 kredit ittifaqının aktivlərinin həcmi cəmi 1 yanvar 2021-ci il tarixinə 15.2 mln. manat təşkil edib. Kİ-lərin aktivlərinin həcmi son bir ildə 0.8 mln. manat, yəni, 0.5% kiçilib.
Kredit ittifaqlarının aktivləri 2020-ci ilin aprelindən başlayaraq iyula qədər 0.2 mln., iyuldan oktyabra qədər 0.3 mln. və oktyabrdan 2021-ci ilin yanvarına qədər 0.3 mln. kiçilmişdir.
Aktivlərin kiçilməsinin şübhəsiz əsas fəaliyyət istiqaməti olan müştərilərə verdikləri kreditin həcminin 1.6 mln. manat azalmaqla 13.3 mln. manata düşməsidir.
Kredit ittifaqlarının özlərinin cəlb etdiyi 5.7 mln. manat həcmində kredit borcu var.
Kİ-lərin cəmi kapitalının həcmi son bir ildə 10.1 mln. manatdan 9.4 mln. manata qədər azalmasına əsas səbəb, ilin ilk rübündə Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən Kİ-lər səbəbindəndir. AMB 2020-ci ildə 3 Kİ-nin lisenziyasını geri çağırıb. Nəticədə, ümumi nizamnamə kapitalı 8.5-dən 8.1 mln. manata düşüb. Əlavə olaraq 0.1 milyonluq zərər səbəbindən kapital balansında bölüşdürülməmiş mənfəəti 1.3 mln. manata salıb.