-1 C
Baku
Sunday, December 15, 2024

AzerGold-un “Toyota”ları hərraca çıxarılır – Start qiyməti 15 000 AZN

Banker.az xəbər verir ki, “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin maşınları hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

 

S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti Nəcəfov Ceyhun 0552563222 Toyota HILUX MİNİK 2011 15000 1500
2 “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti Nəcəfov Ceyhun 0552563222 Toyota HILUX MİNİK 2012 15000 1500
3 “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti Nəcəfov Ceyhun 0552563222 Toyota HILUX MİNİK 2011 15000 1500

Son xəbərlər
Digər xəbərlər