21 C
Baku
Thursday, April 25, 2024

“AzerGold”un İdarə Heyətinə əmək haqqı ödənişləri azaldılıb

Dövlətin “AzerGold”u ötən il İdarə Heyətinə ödənilən əməkhaqlarının həcmini azaldıb.

Banker.az xəbər verir ki, bu barədə onun illik audit hesabatında qeyd edilir.

2020-ci ildə “AzerGold” QSC İdarə Heyətinə 320 min ABŞ dolları (544 min manat) ödədiyi halda, 2021-ci ildə bu rəqəm 295 min dollara (501 min manat) düşüb.

1 dollar=1.7000 manat

“AzerGold”un İdarə Heyəti kollegial icra olmaqla onun fəaliyyətini planlaşdırmaq, idarə etmək və nəzarət etmək üçün normativ sənədlər çərçivəsində müəyyən edilmiş səlahiyyət və məsuliyyətə malik şəxsdir. Burada sədrlə bərabər müavin və müşavir də hesablanır. Şirkətin İdarə Heyətinin sədri hazırda Zakir İbrahimovdur.

İdarə Heyətinə ödənişlərin həcminin azalmasına səbəb onlara ödənilən əməkhaqlarının öncəki ildən bir qədər zəif olmasıdır. Məsələn, 2020-ci ildə dövlət şirkətinin rəhbərliyinə 203 min dollar ödənildiyi halda, bu rəqəm 2021-ci ildə 183 min dollara düşüb. Əlavə olaraq 54 min dollar qısamüddətli mükafatlar, 58 min dollar isə DSMF-ə həmin şəxslər üzrə ödənişlər edilib.

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər