-1 C
Baku
Sunday, December 15, 2024

“AzerGold”un iri şirkəti yenidən zərər edib – $2.1 milyonluq zərər

“AzerGold” QSC-nin dəmir filizi üzrə ixtisaslaşan və hələ tam fəaliyyətə başlamayan şirkəti “Daşkəsən Dəmir Filiz” MMC 2022-ci ili də zərərlə tamamlayıb.

Banker.az bunu dövlət şirkətinin konsolidə edilmiş audit hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, 2022-c ildə DDF 2 milyon 105 min ABŞ dollar (3 milyon 578.5 manat) zərər edib.

Bu da 2021-ci illə müqayisədə zərərin 1 milyon 300 min dollar və ya 39.6% azalması deməkdir.

2021-ci ildə dövlət şirkəti 3 milyon 485 min dollar zərər etmişdi.

Bir faktı qeyd edək ki, şirkətin zərər etməsi onun hələ əsas fəaliyyət istiqaməti üzrə tam faəliyyətə başlamaması ilə əlaqəlidir.

DDF – Azərbaycan Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib.

19 dekabrda açıqlanan məlumata görə, “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər