22 C
Baku
Friday, April 26, 2024

“Azersun” 2020-ci ildə böyük həcmdə xalis mənfəət əldə edib

Ölkənin ən böyük qida istehsalçısı olan “Azersun Holdinq” MMC 2020-ci ildə 72.87 milyon manatlıq xalis mənfəət açıqlamaqla öncəki ili üstələdi.

Banker.az bu barədə holdinqin 2020-ci il üzrə hesabatına istinadən xəbər verir.

Holdinq və onun törəmə müəssisələrinin il üzrə gəliri 952.07 milyon manat olmaqla öncəki ildən 5.14% az olmuşdur. İri holdinq ötən il satış və xidmətlərin maya dəyərini 12.8% optimallaşdırmaqla 664.87 milyon manata qədər azaltmışdır. Bu da ümumi mənfəətinin öncəki ili 21.2% artmasına səbəb olub.

Bununla belə, satış və paylanma xərcləri 64.13 milyon manat (2019: 46.75 mln.), inzibati və ümumi xərclər 137.98 milyon manat ( 124.45 mln.) maliyyə xərcləri isə 10.77 milyon manat (9.72 mln. manat) olmuşdur.

“Azersun”un vergiyə qədərki mənfəəti 92.23 milyon manat olmuş və buradan da 20.71 milyon manat mənfəət verişi ödəmişdir və nəticədə holdinqin xalis mənfəəti 72.87 milyon manat olmuşdur. Öncəki ildə xalis mənfəətin həcmi 52ş97 milyon manat idi.

Bu xalis mənfəətdən sonra holdinqin 436.58 milyon manata yaxın bölüşdürülməmiş mənfəəti olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər