8 C
Baku
Thursday, December 12, 2024

“Azersun” C.Qafqazın ən böyük zavoduna yenidən maya qoyur

Cənubi Qafqazın ən böyük şəkər zavodu İmişli Şəkər Zavoduna, yaxud hüquqi adı ilə “Azərbaycan Şəkər İstehsalat Birliyi” maya qoyulur. Bu barədə Banker.az-a daxil olan informasiyada qeyd edilir.

“Azersun Holding”in nəhəng şəkər istehsalçısı olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin nizamnamə kapitalının həcmi 128.56 milyon manata çatdırılıb.

Bu isə 6.95 milyon manat, yəni 5.7% artım deməkdir.

“Azersun Holding” bu zavoda sonuncu dəfə 2020-ci ilin dekabrında 28%, yaxud 26.6 milyon manat maya qoymuşdu. Həmin vaxta qədər İmişli Şəkər Zavodunun nizamnamə kapitalı 95 milyon manat idi.

Zavod 2003-cü ildən inşa edilsə də, rəsmi olaraq şirkət kimi 2001-ci ildən qeydiyyatdadır. Zavod  Azərbaycanın İmişli şəhərində yerləşir. Gündə 1100-1200 ton yüksək kristal şəkər istehsal etmək gücünə malikdir. Şirkətdə 1 400 nəfər işçi heyəti çalışmaqdadır.

Son xəbərlər
Digər xəbərlər