Banker.az BOKT-un hesabatına istinadən bildirir ki, “Azinvestkredit” BOKT-un cəmi faiz gəlirləri 76 978 manat, haqq və komissiya gəlirləri 14 422 manat, digər əməliyyat gəlirləri 33 632 manat, inzibati xərcləri 121 395 manat, amortizasiya xərcləri 360 manat təşkil edib.
31 dekabr 2023-cü il tarixinə “Azinvestkredit BOKT” MMC-nin cəmi aktivləri 303 293 manat ikən, ötən ilin eyni dövrünə 258 212 manat olub. Belə ki, BOKT-un aktivləri 17.5% böyüyüb. Müştərilərə verilmiş kreditlər və avanslar 282 669 manat təşkil edib ki, bu da kredit portfelinin 22.2% artmasıdır.
Qeyd edək ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 307 min manatdır.