2 C
Baku
Saturday, December 14, 2024

“Azneft” ötən il hasilat planını artıqlaması ilə yerinə yetirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi 2021-ci ildə neft hasilat planını 106%, təbii qaz hasilatı planının isə 103% yerinə yetirib.

SOCAR-ın ən böyük struktur vahidi olan “Azneft” Xəzər dənizində 12, quruda isə 18 olmaqla, ümumilikdə 30 neft-qaz yatağını istismar edir. İstehsalat Birliyinin əsas missiyası neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi, neft-qaz quyularının tikintisi, istismarı, neftin, qazın, qaz-kondensatının hasilatı və təhvilidir.

Qurum hasilatın stabil saxlanması və artırılması istiqamətində fasiləsiz olaraq tədbirlər həyata keçirir. Sifariş edilən quyuların qazma prosesi ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə həyata keçirilir, quyların işlərinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılır.

Payız-qış mövsümünə hazırlıq məsədilə yeraltı qaz anbarlarında aktiv qaz həcminin artırılması istiqamətində bir çox işlər görülür. Gələcəkdə yeraltı qaz anbarlarına vurulan qaz həcmlərinin daha da artırılması nəzədə tutulur.

İstehsalat Birliyinin qarşısında duran əsas hədəflər insan kapitalının inkişaf etdirilməsi, təhlükəsiz iş şəraitinin qorunması və təkmilləşdirilməsi, karbon emissiyasının 0-a salınması, maliyyə imkanlarından səmərəli istifadə, gəlirin artırılması, yeni neft-qaz yataqlarının kəşfiyyatı, mövcud yataqların işlənməsinin optimallaşdırılması, quru yataqlarının reabilitasiyası, hasilatının yüksəldilməsi, neft-qaz hasilatının stabil saxlanması, artırılması, beynəlxalq standartlara cavab verən sistem qurmaqdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər