Azərbaycanda 2020-ci ilin yaz aylarında bərpa olunan enerji mənbələri üçün hərrac keçirilməsi nəzərdə tutulur.
Report agentliyi xəbər verir ki, bunu Bakda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov bildirib.Onun sözlərinə görə, hərrac 8 ərazi üzrə elan olunacaq.”Hərraclar üçün ilkin torpaq sahələri seçilib. Səkkiz ərazidə torpaq sahələri müəyyənləşib. Hərrac 5 külək, 3 Günəş enerjisi stansiyasının quraşdırılması layihələri üzrə elan ediləcək”.S.Axundov qeyd edib ki, Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dan artıqdır.O əlavə edib ki, 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payının 30%-a çatdırılması nəzərdə tutulur.Qeyd edək ki, hazırda bərpa olunan enerji mənbələrinin respublika üzrə elektrik enerji istehsalında payı 8,1%-dır.