2 C
Baku
Saturday, December 14, 2024

Bacarıqlı işçilərinizi itirirsiniz? – İR Ekspertlərinin çıxış yolu

Bu gün ölkəmizdə olduğu kimi dünyada da geniş vüsət almış işçilərin loyallıq məsələsi şirkətlərin biznes inkişaflarına və qoyulan hədəflərə çatılmamasına, layihələrin icrasının ləng getməsi kimi böyük fəsadlara gətirib çıxardır.

Bacarıqlı işçilərin bu və digər səbəblərə görə işdən ayrılmaları, xüsusən iri holdinq, bank və müəssisələrdə, strateji dərəcədə əhəmiyyət kəsb edir.

İR sahəsinin ən aktual problemi

İri, orta və ya kiçik ölçüsündən asılı olmayaraq müəssisələrdə bacarıqlı işçiləri saxlamaq çətindir. Dünyada aktual bir məsələ olduğu kimi ölkəmizdə də İR strukturların ən aktual problemləri arasında yer alır. Bəzən dəyərli işçiləri ən yaxşı motivasiya və loyallıq proqramları ilə belə şirkətdə saxlamaq olmur.. O ki qaldı, işçinin təklifləri, səyləri, gözləntiləri doğrulmayanda işçinin şirkətdə qalmasına heç bir səbəb qalmır.

İR sahəsinin ən aktual məsələsi ilə bağlı mütəxəssislərin çıxış yolu üçün təklifləri, məsləhətləri  – düşünürəm ki, bizim İR-lar və şirkət rəhbərlərinə maraqlı olar. Çünki bir şirkəti inkişaf etdirən, irəli aparan, doğru qərarlarla doğru nəticələr əldə etdirən məhz bu bacarıqlı işçilər olur.

Çıxış yolu – EXIT INTERVIEW

Çox nadir hallarda işçinin işdən ayrılma zamanı onunla hər hansı bir söhbət aparılır. Həmin işçiyə artıq “xain”, vəfasız və sədaqətsiz hislərlə baxıldığı üçün onunla hər hansı bir səmimi ünsiyyət qurulmur. Halbuki, bir şirkətdə işçinin işdən ayrılma qərarı veriləndən sonra hər hansı bir asılılığın olmaması onunla səmimi bir çıxış müsahibəsi (EXIT-Interview) aparılması üçün ən uyğun zamandır.

EXIT-Interview nə üçün lazımdır?

İşçinin şirkətdən öz arzusu ilə ayrılarkən onunla doğrulan və doğrulmayan gözləntiləri, rəhbərlik və ya əməkdaşlarıyla qarşılıqlı münasibəti haqqında bir söhbət aparılmalıdır. Əksər şirkətlərdə bu söhbətin məhrumiyyəti çox dəyərli geridönüş məlumatdan və və yeni əməkdaşların cəlb olunmasına faydalı ola biləcək yanaşmalardan da məhrum olması mənasındadır. Hətta müəssisə rəhbəri üçün maraqlı bəzi gizli məqamların da gizlədilməsinə gətirib çıxarda bilər.

EXIT-müsahibənin bir başqa sətiraltı ismarıcı gedən dəyərli işçi üçün açıq qapı siyasətidir ki, onun təkrar işə qayıtmasına məmnun olacaqlarıdır.

EXIT-Müsahibələrini nə vaxt, necə və kim aparmalıdır?

Bacarıqlı işçinin qəti çıxma qərarından sonra tərəflərin bir-birindən asılı olmayan bir vaxtda qarşılıqlı səmimi bir ortam EXIT-Müsahibə üçün ən ideal vaxtdır.

EXIT-Müsahibə çox səmimi və qarşılıqlı inam əsasında aparılmalıdır ki, istənilən nəticəyə – İR üçün dəyərli geridönüşlü bir məlumat əldə olunmasına gətirib çıxarsın. Müsahibə zamanı konkret cavabları olan suallar verilməli və sakit bir şəkildə dinlənilməlidir. Heç bir şəkildə tənqidi yanaşılan tərəflərlə bağlı müəssisənin haqlı / doğru olmasına çalışmamalısınız.

Müsahibə tələsmədən etibarlı bir mühitdə aparılmalıdır. İşdən ayrılan işçiyə EXIT-müsahibənin nə məqsədlə aparıldığını söyləməyi unutmayın.

Sonda eks-işçiyə komandadakı səylərinə və EXIT-müsahibəyə vaxtını ayırdığına görə şirkət adından təşəkkür edilir.

EXIT-Müsahibədə verilən suallar

Müsahibə səmimi bir ab-havada keçsə də şirkət rəhbərinin təmsilçisi konkret suallara cavab almalı olduğunu unutmamalıdır.

Təxmini sualların nümunəsi aşağıda təqdim edilir:

  • Sizə verilən tapşırıqları bəyənirdinizmi ?
  • İş şəraitindən (yerdən, səsdən, texniki təçhizatdan və s. ) nə dərəcədə məmnun idiniz ?
  • Şirkət rəhbəri ilə qarşılıqlı ünsiyyətdən nə dərəcədə məmnun idiniz?
  • Komanda olaraq işləmək nə dərəcədə sizə komfortluydu?
  • Karyera hədəfləriniz nələrdir? Hədəflərinizə doğru irəliləyə bildinizmi ?
  • Şirkətdə/Bankda xoşunuza gələn və gəlməyən nələr oldu?
  • Hansı motivasiya tədbirlərini bəyənirdiniz? Gözləntilərinizə cavab verirdimi ?
  • İşə gəliş zamanındakı gözləntiləriniz ilə real iş ortamı üst-üstə gəldi mi ?
  • Müəssisəni başqasına tövsiyə edərdiniz mi?
  • Sizin gördüyünüz işi daha effektiv təşkil etmək üçün nə edilə bilər?
  • Sizin yerinizə gələn işçi üçün nələri tövsiyə edərdiniz?
  • Hansı şirkətə gedirsiniz? O işi necə tapdınız?

EXIT-Müsahibəni kim aparmalıdır?

Müsahibəni şirkət rəhbərləri və ya onun təmsilçiləri və yaxud İR-nın işçi qəbul menecerləri apara bilərlər.  Burada ideal, sabit bir düstur yoxdur. Hər bir təşkilatda optimal yol özünə məxsusdur. Ancaq hər bir halda birbaşa bağlı olduğu müdir tərəfindən aparılmamalıdır.

EXIT-Müsahibənin nəticələri necə istifadə edilməlidir?

Müsahibənin 2 əsas məqsədi var: eks-işçi ilə münasibətin korlanmamasımüəssisədə işi ilə bağlı səmimi bir geridönüş məlumatın alınmasıdır.

Müsahibə nəticələri eks-işçinin tabe olduğu müdir ilə müzakirə edilməlidir. Burada iş tapşırıqlarının adekvatlılığı, menecment və komandanın ümumi vəziyyəti,  zəif tərəflər və məmnuniyyətsizlik yaradan əsas səbəblər qeyd olunmalıdır.

Müsahibə nəticələri ilə gedən işçinin statusundan asılı olaraq müvafiq üst və ya orta menecmentin hansı idarəçilik kompetensiyalarını inkişaf etdirməli olduğunu, kommunikasiyadakı zəif bəndi, işə uyğun tələblərin qoyuluşunu, karyera perspektivlərini də müəyyən eləmək olar.

Hər bir şirkətə/banka/holdinqə loyal bacarıqlı işçiləri ilə inkişaf etməyi, hədəflərinə vaxtında çatmağı və brend kimi formalaşmasını arzu edirik.

 

Elnur İslamov, AgroPlatform MMC-nin rəhbəri

Son xəbərlər
Digər xəbərlər