15 C
Baku
Saturday, April 20, 2024

“Bakı Sığorta” “Azərsığorta”ya qarşı pul iddiası qaldırıb

“Bakı Sığorta” ASC Azərbaycanın dövlət şirkətini məhkəməyə verib.

Banker.az saytının xəbərinə görə, iddiaçı “Bakısığorta” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Azərsığorta) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

“İş üzrə məhkəmə iclası 05 iyun 2020-ci il tarixə, saat 10:15-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər” – deyə rəsmi açıqlamada deyilir.

Qeyd etməliyik ki, bu iddianın nə qədər vəsaiti əhatə etməsi açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər