“Bakı Sığorta” ASC-nin səhmdarları 22 iyunda toplaşacaq.
Bu barədə Banker.az-a Sığorta Şirkətinin İdarə Heyətinin elanından daxil olan məlumatda bildirilir.
Sığorta Şirkətinin elanında yığıncağın gündəliyi açıqlanmayıb.
Bakı Sığorta — 8 milyon 925,44 min manat nizamnamə kapitalına sahib olmaqla aşağıdakı səhmdarlara sahibdir:
51,29% – Bank Respublika
9,38% – Toyota Absheron Center Şirkəti
9,38% – Subaru Azərbaycan Şirkəti
9,38% – Yeni Motor Şirkəti
6,97% – Murad Rəhimov
6,93% – Behbud Nəcəfov
6,68% – Ekolizinq Şirkəti