“Bakı Sığorta” 2019-cu ili 237 min manat xalis mənfəətlə başa vurub. Belə ki, illik müqayisədə sığorta şirkətinin mənfəəti 29% azalıb.
Banker.az bu barədə sığorta şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ildə “Bakı Sığorta”nın gəlirləri 2,086 milyon manat, xərcləri 1,789 milyon manat təşkil edib.
“Bakı Sığorta”nın aktivləri 10,924 milyon manat olub ki, bu da 2018-ci ilin müvafiq dövrüylə müqayisədə aktivlərin 3,5% çoxalması deməkdir.
Sığorta şirkətin öhdəlikləri 10,4% artaraq 1,409 milyon manata, balans kapitalı isə 3% artaraq 9,515 milyon manata çatıb.