Bakının “8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir.
Banker.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar “Dəniz Kənarı” küçə, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.
Qeyd edək ki, “8 Noyabr” prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.