15 C
Baku
Friday, March 29, 2024

Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb

Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb.

Araşdırma aparılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər