İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayı təqdim edilib.
İcmalda verilən məlumata görə, “Baku Steel Company” MMC bu ilin yanvar-oktyabr ayları ərzində 24 milyon ABŞ dolları dəyərində məhsullar ixrac edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.2% azdır.
Keçən ilin müvafiq dövründə şirkət 24.8 milyon dollar dəyərində məhsul ixrac etmişdi.
“Baku Steel Company” muхtəlif markalı polad pəstahlar, armaturlar, şveller, künclük, ikitavr və katanka istehsal edilir.