17 C
Baku
Saturday, May 18, 2024

“Bank Respublika”dan 10 milyon manata yaxın mənfəət

“Bank Respublika” 2023-cü ilin 1-ci rübündə 9 milyon 718 min manat mənfəət əldə edib. Ötən ilin eyni dövründə bankın mənfəəti 6 milyon 43 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 61% artması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-mart aylarında bankın cəmi gəlirləri 52 milyon 234 min manat (əvvəlki ilə nisbətən 1.5 dəfə çox), cəmi xərcləri 41 milyon 33 min manat təşkil edib. 2022-ci ilin eyni aylarında “Bank Respublika”nın gəlirləri 35 milyon 613 min manat, xərcləri isə 29 milyon 922 min manat olub. Bank bu il 1 milyon 936 min manat mənfəət vergisi ödəyib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin aprel ayının 1-nə “Bank Respublika”nın aktivləri 1 milyard 646 milyon manat olub ki, ötən ilin sonuna nisbətən 3.8% artıb. Bunun 982 milyon 498 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 3 ayda bankın kredit portfeli 2% böyüyüb.

b1 1 7

Son xəbərlər
 ⁠
Digər xəbərlər