Azərbaycanda kommersiya bankları 2021-ci ilin ilk yarısında 366.3 milyon manat xalis mənfəət əldə edib.
Banker.az bu barədə Mərkəzi Bankın göstəricilərinə istinadən xəbər verir.
Bank sektorunun faiz gəlirlərinin həcmi 1 008.6 milyon manat olmuşdur. Bu isə ilik müqayisədə 53.9 milyon manat, yaxud 5.6 faiz artım deməkdir. Faiz gəlirlərinin 805.7 milyon manatı isə kreditlərdən gəlmişdir.
Bank sahəsinin faiz xərclərinin 262.6 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 418.9 milyon manat, qeyri-faiz xərclərinin həcmi 647.2 milyon manat olmuş və bununla da əməliyyat mənfəətləri 502.4 milyon manat olmuşdur (öncəki ilin eyni dövrü: 430.4 milyon manat). Buradan da 73.5 Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar etmişdir.
Beləliklə, 429.1 milyon manat vergiyəqədərki mənfəət olmuş, buradan da 62.8 milyon manat mənfəət vergisi xərci olmuş və 366.3 milyon manat xalis mənfəət əldə etmişdir.
Qeyd edək ki, 2020-ci ilin ilk yarısında bank sektoru 371.7 milyon manat xalis mənfəət əldə etmişdi.