16 C
Baku
Wednesday, May 1, 2024

Banka məxsus torpaq sahəsi 62 min manata satışa çıxarılır

02 noyabr 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Banker.az xəbər verir ki, daşınmaz əmlak Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 62,000 (altmış iki min) manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası).

Son xəbərlər
 ⁠
Digər xəbərlər