Bu ilin iyul ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 60 mln. avro və yaxud 2,42% azalaraq iyulun 1-nə 2 424 mln. avro təşkil edib.
Verilmiş borclarda özəl sektorun payı dəyişməyib və iyun ayında olduğu kimi 50% civarında qalıb.
Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayında da dəyişiklik olmayıb və əvvəlki aylarda olduğu kimi 161 olaraq müəyyən edilib.
İyulda Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 39 mln. avro və yaxud 2,11% azalaraq 1 814 mln. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 8 mln. avro və yaxud 1,43% azalaraq 550 mln. avro olub.
Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 22 mln. avro, yaxud 2,67% azalaraq 801 mln. avroya düşüb.
EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də azalma qeydə alınıb. Belə ki, bu layihələrin sayı 1 ədəd və yaxud 1,96% azalaraq 50-ə bərabər olub.