14 C
Baku
Thursday, May 2, 2024

Banklar əhaliyə 450 milyon manat depozit faizləri ödəyiblər

Azərbaycandakı banklar 2023-cü ilin 9 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 449.9 milyon manatlıq faiz ödəyiblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 125.5 milyon manat və ya 39% artıb.

2022-ci ilin 9 ayında banklar 324.4 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Onu da qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bankların faiz və onlarla bağlı xərcləri 628.7 milyon manat təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər