7 C
Baku
Thursday, December 12, 2024

Bankların əhalidən aldığı nağd dollar onlara satılanı üstələməyə başladı

Azərbaycanda 2023-cü ilin noyabrından bu tərəfə ilk dəfə bankların əhalidən nağd şəkildə aldığı dollar satışı üstələyib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin may ayında banklar əhalidən nağd 156.2 mln. dollarlıq valyuta qəbul ediblər. Bu da öncəki aprel ayını 21 faiz üstələməsi deməkdir.

Bankların əhaliyə satdığı nağd ABŞ dollarının həcmi aylıq müqayisədə 8 faiz azalaraq 154.1 dollara düşüb. Beləliklə, əhali tərəfdən bankla 2.1 mln. manatlıq dollar axını olub. Bu da 2023-cü ilin noyabr ayından bu tərəfə ilkdir. Mayda banklar tərəfdən alışların satışlardan daha yüksək olması orta konvertasiya məzənnəsini 1.6994 USD/AZN-dən 1.6990 USD/AZN-ə endirib.

Bankların əhalidən aldığı dollar onlara satılanı 2023-cü ilin aprelindən başlamış, noyabrına qədər üstələmişdi. Artıq bu bir neçə ildir ki, ilin ikinci rübündən başlayaraq üçüncü rübünə kimi davam edir. Əhali daha çox nağd valyutasını banklarda manata çevirməkdə maraqlı olur.

32423

2024-cü ilin ilk beş ayında banklar əhalidən 636.9 dollar alarkən, 1 mlrd. 252.3 mln. dollar satıblar. Əhaliyə satılan nağd dolların artımı ən çox cari ilin fevralında olub – 499.6 mln. dollar.

ARDNF-nin də iştirak etdiyi Mərkəzi Bankdakı valyuta hərraclarında cari ilin ilk yarısında 2 mlrd. 409.4 mln. dollar satılıb. Bu keçən ilin müvafiq dövründən 838.1   mln. dollar və ya 53.3% çoxdur.

3243434242

MƏRKƏZİ BANKIN SON AÇIQLAMALARI

Manatın məzənnəsində mühüm faktor olan tədiyə balansı və onun əsas komponenti cari əməliyyatlar balansıdır. 2024-cü ilin ilk rübündə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 116 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.8 dəfə azdır. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nisbətən 28.2 % azalaraq 3.6 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 12.8 % artaraq 1.9 milyard ABŞ dollarına çatıb.

Bununla belə, Mərkəzi Bankın faiz qərarına dair son (21 iyun) press-relizində 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% artaraq 69.7 mlrd. ABŞ dollarına çatması vurğulansa da, press-relizdə tədiyə balansının formalaşdıran göstəcilərlə bağlı rəy yer almayıb. AMB-nn 1 may iclasında proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı bildirilmişdi.

Son xəbərlər
Digər xəbərlər