19 C
Baku
Thursday, April 25, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Bankların kreditlər üzrə zaminlik tələbi necədir? (siyahı)

Bankların kreditlər üzrə zaminlik tələbi necədir? (siyahı)

0
Bankların kreditlər üzrə zaminlik tələbi necədir? (siyahı)

Nağd kreditlər – rəsmi gəlirə malik fiziki şəxslər tərəfindən ən çox tərcih olunan kredit məhsuludur. Bu məhsulun əsas üstünlüyü rəsmiləşmə prosedurunun qısa vaxt aparması və təminat şərtlərinin loyal olmasıdır. Bankların digər istehlak kredit məhsullarından (Lombard, İpoteka, Daşınmaz əmlak və s.) fərqli olaraq nağd kreditlərdə təminat qismində yalnız digər bir rəsmi gəliri olan fiziki şəxs zamin kimi çıxış edir.

Lakin, zamin bütün hallarda tələb edilmir. Belə ki, Banklar risk iştahası, bazarın cari durumu, portfelin keyfiyyət göstəriciləri və s.nəzərə alaraq nağd kreditlər üzrə zamin tələb edilməyən halları müəyyən edir. BU tələb müəyyən edilərkən müştərinin rəsmi gəliri, kredit tarixçəsi, kreditin müddəti, kreditin məbləği və s.kimi amillər nəzərə alınır.

Zamin tələb olunması müştərilər baxımından da arzu olunmayan hallardandır. Həmçinin zamin duran şəxslər sonradan özləri üçün kreditə müraciət etdikdə müəyyən çətinliklərlə üzləşirlər. Çünki Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qoyulan qaydalara əsasən borcalanın borc yükünün gəlirinə nisbətinə hesablanan zaman (DTİ əmsalı) borcalanın öz adına olan öhdəlikləri ilə yanaşı zamin durduğu kreditlər də nəzərə alınır. Qısacası hər kəs çalışır ki, zaminsiz kredit əldə etsin və digər şəxsin kreditinə zamin dayanmasın.

Monitorinq qrupumuz bu araşdırmasında bankların zaminlik şərtlərini araşdırıb. Qeyd edək ki, bu yazımızda qeyd olunan şərtlərin əksəriyyəti Bankların saytlarında qeyd edilməyib.

Bank Maksimal məbləğ Zaminlik şərtləri
Amrahbank 10 000 AZN
  • 3000 AZN  zaminsiz.
  • 3001 – 5000 AZN – 1 zamin
  • 5001 – 10 000 AZN – 2 zamin
Atabank 5000 AZN Bütün hallarda zamin tələb edilir
Azər – Türk Bank 20 000 AZN Müştərinin rəsmi gəlirindən asılı olaraq

600 AZN-dək – 3000 AZN zaminsiz;

601 – 2000 AZN  – 5000 AZN zaminsiz;

2000 AZN-dən çox – maaşın 3 misli (maks.10 000 AZN) zaminsiz;

Bank of Baku 20 000 AZN Müştərinin rəsmi gəlirindən asılı olaraq

1000 AZN-dək – 7000 AZN zaminsiz;

1001 – 1499 AZN  – 10 000 AZN zaminsiz;

1500 AZN və daha çox – 15 000 AZN zaminsiz;

Bank BTB 10 000 AZN 3000 AZN  zaminsiz.
Bank Respublika 20 000 AZN Müştərinin rəsmi gəlirindən asılı olaraq

1000 AZN-dək – 3000 AZN zaminsiz;

1001 – 2500 AZN  – 4 000 AZN zaminsiz;

2500 AZN-dən çox – maaşın 2 misli (maks.10 000 AZN) zaminsiz

Bank VTB 10 000 AZN 5000 AZN zaminsiz
Express Bank 20 000 AZN Müştərinin rəsmi gəlirindən asılı olaraq

1000 AZN-dək – 5000 AZN zaminsiz;

1000 AZN-dən çox – maaşın 5 misli (maks.15 000 AZN) zaminsiz;

Unibank 20 000 AZN 10 000 AZN  zaminsiz
NBC Bank 15 000 AZN 5 000 AZN  zaminsiz
Rabitəbank 15 000 AZN Müştərinin rəsmi gəlirindən asılı olaraq

1000 AZN-dək – 3000 AZN zaminsiz;

1000 AZN-dən çox – 5 000 AZN zaminsiz;

Nikoil Bank 30 000 AZN 7 500 AZN zaminsiz
Kapital Bank 20 000 AZN Müştərinin işlədiyi müəssisə,borclanma əmsalı və kredit tarixçəsindən asılı olaraq 15 000 AZN-ə kimi məbləğləri zaminsiz əldə etmək mümkündür.
Turan Bank 30 000 AZN 5 000 AZN  zaminsiz