Baş nazir Əli Əsədov bu gün Estoniya parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.
İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.