“Gürcüstanda tam qapanmanın tətbiqi planlaşdırılmır”.
Bu barədə ölkənin baş naziri Giorgi Qaxariya brifinqdə bildirib.
O, ölkə ərazisində ümumi sərt karantinin elan olunacağı ilə bağlı yayılan məlumatları şayiə adlandırıb:
“Avtomobillər və piyadaların hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmur. Yalnız dekabrın 24-dən fəaliyyətinə icazə verilən ticarət obyektləri gələn ilin yanvarın 3-dən etibarən bağlanacaq. Biz artıq məhudiyyətlərin müsbət nəticələrini müşahidə edirik. Əlavə digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcək”.
Hökumət başçısı qeyd edib ki, ölkənin səhiyyə sistemi cari epidemioloji vəziyyətin öhdəsindən gələ bilir.