ABŞ prezidentliyinə namizəd Co Bayden hazırkı dövlət başçısı və rəqibi Donald Trampı Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün Azərbaycan və Ermənistan liderləri ilə birbaşa danışıqlar aparmağa çağırıb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Düşünürəm ki, bir ay davam edən döyüşlərdən sonra Dağlıq Qarabağ problemini həll etmək üçün Tramp Azərbaycan, Türkiyə və Ermənistan liderlərinə müraciət etməlidir”, – Baydenin açıqlamasında deyilir.
Onun sözlərinə görə, ABŞ administrasiyası “Türkiyə və Rusiyanı münaqişəni alovlanmağa qoymamağa çağırmalıdır”.
“ABŞ bu məsələ ilə bağlı diplomatik səylərə rəhbərlik etməli və hərbi əməliyyatlara son qoymaq üçün beynəlxalq humanitar yardımı təmin etməlidir”, – Bayden vurğulayıb. O, seçildiyi təqdirdə “bununla məşğul olacağını” söyləyib.
https://ria.ru/20201028/peregovory-1582002801.html