7 C
Baku
Thursday, December 12, 2024

“Bloomberg”: BƏƏ Misir sahillərində 22 mlrd. dollara torpaq alır

Əbu-Dabi Misirin Aralıq dənizi sahilində 22 milyard dollar dəyərində premium torpaq almaq və inkişaf etdirmək üçün danışıqlar aparır. Bu barədə  mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Onların fikrincə, Misir ümumi sahəsi 180 milyon kvadratmetr olan ərazinin təqribən 20%-nə sahibliyini saxlaya biləcək. Bəzi dövlət müəssisələri və Misirin ən böyük inkişaf şirkətlərindən biri olan “Talaat Moustafa Group” qeyri-nəzarət paylarına sahib olacaq. Danışıqlar davam edir, mənbənin bildirdiyinə görə, yekun qərar hələ verilməyib.

Misirin investisiyalar və azad zonalar üzrə baş İdarəsinin direktoru Hossam Heiba ​​”CNBC Arabia” telekanalına müsahibəsində bildirib ki, ilkin məlumatlara görə, smeta 22 milyard dollardır. Onun sözlərinə görə, layihə yaxın vaxtlarda razılaşdırılacaq.

Hazırda Misirdə dollar pul kütləsinin qıtlığı müşahidə olunur ki, bu da ölkənin iqtisadi sistemində valyuta böhranlarına səbəb olur. 2016-2019-cu illərdə Qahirə iqtisadi islahatlar üçün fonddan təxminən 12 milyard dollar kredit alıb. 2022-ci ildə Misirə pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün müxtəlif maliyyə mexanizmləri vasitəsilə ümumi məbləği 8 milyard dollar olan daha iki kredit verilib. 2023-cü ilin martında Misir Ukrayna ətrafında böhran fonunda hərtərəfli iqtisadi proqramın həyata keçirilməsi üçün BVF-dən yardım istəyib.

Son xəbərlər
Digər xəbərlər