2021-ci ilin 8 ayında Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 209 milyon ABŞ dollarını ötüb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 39 milyon dollar çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana Belarusdan idxal 79.4 milyon dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 129.9 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin 8 ayında Azərbaycana Belarusdan idxal 72.1 milyon dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 98.2 milyon dollar təşkil edib.