15 C
Baku
Friday, March 29, 2024

Belçika Kiyevə yeni səfir göndərir

Belçikanın Kiyevdəki səfirliyi iyulun 11-də yenidən açılacaq və yeni səfir Piter Van De Velde Ukraynaya gələcək.

Bu barədə Baş nazir Aleksandr de Kroo məlumat verib.

Van de Velde səlahiyyət müddəti başa çatan Ukraynadakı keçmiş səfir Aksel Lenartsı əvəz edəcək.

Xarici işlər və müdafiə nazirliklərinin birgə təhlükəsizlik yoxlamasından sonra hökumət səfirliyin fəaliyyətinin bərpasına icazə verib.

“Səfirliyimizin açılması xüsusən də təhlükəsizlik vəziyyəti və Ukraynanın Aİ-yə üzvlük istəyi kontekstində Ukrayna hakimiyyəti ilə daha sıx əlaqələrə imkan verməlidir”, – deyə de Kroo qeyd edib.

De Kroonun ofisindən bildirilib ki, yeni səfirə kömək edən Belçika diplomatik komandası Kiyevə gələn kimi yerli işçilər də tədricən işlərini bərpa edəcəklər.

“Bu, ukraynalılara dayanıqlılıq və dəstəyin mühüm əlamətidir. Diplomatik komandalarımızın Kiyevə qayıtması ölkənin yenidən qurulması üçün də vacibdir və bu yöndə Belçika şirkətləri mühüm rol oynamalıdır”, – deyə baş nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər