16 C
Baku
Monday, May 6, 2024

Beynəlxalq Valyuta Fondu Argentinadakı iqtisadi islahatları dəstəkləyib

Beynəlxalq Valyuta Fondu (IMF) Argentinada yeni hökumətin həyata keçirməyə başladığı iqtisadi islahatları alqışlayıb.

B barədə Fondun kommunikasiyalar üzrə direktoru Culi Kozakın bəyanatında qeyd olunub.

“IMF əməkdaşları bu gün Argentinanın yeni iqtisadiyyat naziri Luis Kaputo tərəfindən elan edilmiş tədbirləri alqışlayır. Bu cəsarətli ilkin hərəkətlər cəmiyyətdəki ən həssasları qorumaq və valyuta rejimini gücləndirməklə dövlət maliyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq məqsədi daşıyır. Onların qətiyyətli icrası iqtisadiyyatı sabitləşdirməyə kömək edəcək və daha dayanıqlı və özəl sektor mərkəzli artım üçün zəmin yaradacaq“, – ­­­­sənəddə bildirilib.

Onun sözlərinə görə, Fond və “Argentinanın yeni rəhbərliyi qarşıdakı dövrdə sürətləndirilmiş şəkildə işləyəcəklər”:

“Son bir neçə ay ərzində ciddi siyasət uğursuzluqlardan sonra bu yeni paket Fond tərəfindən dəstəklənən mövcud proqramı yenidən reysə qoymaq üçün aparılan gələcək müzakirələrə yaxşı əsas yaradır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər