9 C
Baku
Friday, December 13, 2024

BFB-də İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının növbəti tranşı yerləşdirilib

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun AZ2040008685 ISIN-li, 20 mln. manat həcmində, 23 il (8 280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Banker.az-a verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 007,8333 manat olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 20 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.

Son xəbərlər
Digər xəbərlər