9 C
Baku
Thursday, December 12, 2024

BFB-nin dövriyyəsi 8% azalıb

2020-ci ildə Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 902 milyon manat təşkil edib.

Banker.az BFB-yə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 8% azdır.

Ötən il bağlanmış əqdlərin sayı isə 5% artaraq 5 750 milyon manat olub.

BFB-nin dövriyyəsinin 67%-i, yaxud 8 622.9 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 27% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 1,9 dəfə artaraq 2 128.97 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 1.9 dəfə artaraq 2 150,2 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər