23 C
Baku
Saturday, April 20, 2024

Bilal Ərdoğan: “Qarabağ Avropa – Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir”

“İşğaldan azad edilən ərazilərdə səfərdə olarkən həmin yerlərin son 30 il ərzində yerlə -yeksan edildiyinin, məhv edildiyinin şahidi olduq. Həmin ərazilərə heç kim diqqət göstərmirdi. Bu torpaqlar taleyin ixtiyarına buraxılmışdı”.

Bunu Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda azad edilmiş ərazilərin bərpa edildiyini görürük: “Həmin ərazilər taleyin ixtiyarına buraxılmışdı. Bu ərazilərin bərpası dünya iqtisadiyyatı üçün yaxşı xəbərdir. Daha çox kənd təsərrüfatı, turizm təşviq və təbliğ ediləcək. Bu, Azərbaycan üçün, bütün coğrafiya üçün önəmlidir. Bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan, həmçinin Qarabağ Avropa- Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir. Hesab edirəm ki, sahibkarlar bu fürsətdən istifadə edib mədəniyyətə investisiya yatıracaqlar”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər