Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Microsoft şirkətinin yaradıcısı Bill Gates öz şirkətinin 4,6 milyard dollar dəyərində olan səhmlərini xeyriyyə məqsədilə bağışlayıb.
Verilən məlumatda qeyd edilir ki, bu Bill Gates-in 2000-ci ildən bu yana bağışladığı ən yüksək məbləğdir. Belə ki, Gates bu zaman 5,1 milyard dolları xeyriyyə məqsədi ilə ayırmışdı. Bill Gates 1994-cü ildən başlayaraq xeyriyyə məqsədilə 35 milyard dollar xərcləyib.
Bloomberg agentliyi sözügedən bu vəsaiti qəbul edən şirkətin adını açıqlamayıb. Lakin vurğulayıb ki, milyarder adətən onun özünə və həyat yoldaşına məxsus olan xeyriyyə fonduna sponsorluq edir.