10 C
Baku
Thursday, December 12, 2024

“Binance” bitkoinin çıxarılmasını dayandırıb

Əməliyyat həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” bitkoinin məxaricini dayandırıb. Bu barədə məlumat şirkətin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

“Bitkoin şəbəkəsində sıxlıq problemləri yaşandığı üçün müvəqqəti olaraq onun məxaricini dayandırdıq”, – mesajda deyilir. “Binance” əmin edir ki, problemin həlli üzərində işləyir və tezliklə kriptovalyutanı məxarici imkanını geri qaytarmağı planlaşdırır.

Bakı vaxtı ilə 20:22-də “Coindesk”in məlumatına görə, bitkoinin məzənnəsi 28 959 dollar təşkil edib. Son 24 saat ərzində kriptovalyuta 0.94% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər