6 C
Baku
Sunday, December 15, 2024

“Binance” kriptobirjası Qazaxıstanda “Kapital.kz” platformasını işə salıb

“Binance” kriptobirjası rəsmi lisenziya aldıqdan sonra Qazaxıstanda yerli “Kapital.kaz” platformasını işə salıb. Məlumata görə, bank kartları vasitəsilə fiat valyutada əmanətlər üçün limit hər əməliyyat üçün 937 dollardan azdır.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Bildirilir ki, mədaxil və məxaric üçün yalnız Qazaxıstan bankları tərəfindən buraxılmış “Mastercard” kartları qəbul edilir. Bank kartları vasitəsilə kriptovalyuta depozitlərinin limiti hər bir əməliyyat üçün 420 000 tenge (təxminən 937 dollar) təşkil edir.

İyun ayında “Binance” Niderland bazarından çıxdığını elan edib, çünki bu ölkədə maliyyə və mübadilə fəaliyyətini həyata keçirmək üçün lisenziya ala bilməyib. Eyni zamanda şirkət daha sonra fəaliyyətsiz törəmə şirkəti “Binance Markets Limited”in Böyük Britaniyadakı qeydiyyatını geri götürüb.

Son xəbərlər
Digər xəbərlər