16 C
Baku
Wednesday, May 1, 2024

“Binance” rublla əməliyyatları dəstəkləməyi dayandırır

Kriptovalyuta birjası “Binance” 31 yanvar 2024-cü il tarixindən P2P platformasında rublu dəstəkləməyəcək və onu ticarət cütlərinə daxil etməyəcək, şirkətin açıqlamasında bildirilir. Eyni zamanda, istifadəçilər “CommEX” platformasında rublla əməliyyatlar apara biləcəklər.

“Binance” sentyabr ayında biznesini tamamilə sataraq Rusiyanı tərk etmək qərarına gəlib. Bundan əvvəl birja rus müştərilərinə öz P2P platforması vasitəsilə rubldan başqa hər hansı valyuta ilə əməliyyatlar aparmağı qadağan edib.

“Mövcud istifadəçilərin başqa platformaya nizamlı keçidini təmin etmək üçün əlaqənin kəsilməsi prosesi bir ilə qədər vaxt aparacaq. Hazırkı Rusiya istifadəçilərinin bütün aktivləri təhlükəsiz və etibarlı şəkildə qorunur”, – şirkət bildirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər