8 C
Baku
Thursday, December 12, 2024

Birjalarda taxılın qiyməti bahalaşıb

Çikaqo birjasında (NYSE Chicago) buğdanın mart fyüçersinin qiyməti 8,08 dollara çataraq 2012-ci ilin dekabr ayından bu yana ilk dəfə 8 USD/bsh (1 buşel = 35,23 litr) həddini keçib.

Bahalaşmanın əsas səbəbləri əlverişsiz havalar və gübrənin bahalaşması üzündən məhsulun azalma ehtimalıdır. Belə ki, buğda 6 aydır dalbadal bahalaşır, ötən ay bahalaşma 6,5 faiz olub. 2007-ci ildə buğda aprel – sentyabr ayları ərzində davamlı olaraq bahalaşmışdı.

Buğdanın qiymət artımı nəticəsində başqa ərzaq məhsullarının da bahalaşacağı qeyd olunur. Ötən ayın əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında ərzağın dünya qiymətləri son 10 ilin ən yüksək həddinə çatdığını açıqlamışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər