Kriptovalyuta Donald Trampın tərəfdarlarının ABŞ Konqresinin binasına basqın etməsi fonunda kəskin bahalaşıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Coindesk” platformasında görünən məlumatlara əsasən, Bakı vaxtı ilə saat 7:29-da “bitcoin”in qiyməti 37 627 dollar təşkil edib ki, bu da 10%-dən çox artım deməkdir.
“JPMorgan Chase” hesab edir ki, uzunmüddətli perspektivdə “bitcoin” 146 000 dolları aşa bilər.