17 C
Baku
Monday, May 6, 2024

Bitcoin 8% ucuzlaşaraq 20 min dollardan aşağı düşüb

Gündəlik Bitcoin məzənnəsi 1.8 min dollar azalaraq yanvarın 14-dən bəri ilk dəfə 20 min dollardan aşağı düşüb. “CoinGecko”nun məlumatına görə, dünyanın ən populyar kriptovalyutasının qiyməti 21.7 min dollardan 19.9 min dollara qədər azalıb.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Martın 10-da Bakı vaxtı ilə saat 10:20-də Bitcoin 20 min dollara yaxın ticarət olunub, lakin sonra 8% ucuzlaşıb. Bitcoinin ümumi kapitallaşması 386 milyard dollar, gündəlik ticarət həcmi isə 48.4 milyard dollar təşkil edib.

Bitcoin ilə yanaşı, digər kriptovalyutalar da ucuzlaşıb: Ethereum – 7.6% (1.42 min dollar), Ripple – 4.4% (0.37 dollar), Polygon – 4.4% (1.01 dollar).

Gün ərzində 94 min treyderin 309 milyon dollarlıq mövqeyi ləğv edilib. “Coinglass”ın məlumatına görə, ən çox ləğvetmə Bitcoin ilə olub – 120.7 milyon dollar, ikinci yerdə 75.9 milyon dollar zərərlə Ethereum gəlir.

coindesk BTC chart 2023 03 10

Son xəbərlər
 ⁠
Digər xəbərlər